Ana Sayfa > Xəbər > Çingiz Abdullayev “Neftçi”nin prezidenti oldu

Çingiz Abdullayev “Neftçi”nin prezidenti oldu


30-03-2015, 15:44. Yazar: admin
Çingiz Abdullayev “Neftçi”nin prezidenti oldu
“Neftçi” klubunun istefa verən prezidenti Sadıq Sadıqovun yerinə yeni təyinat olub.

Kluba bundan sonra AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev rəhbərlik edəcək. Məlumata görə, onun prezident olması artıq rəsmiləşdirilib. Qərarın bu gün ərzində elan ediləcəyi gözlənilir.
Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb. /AzNews.az /

Geri dön