Ana Sayfa > Xəbər > Azərbaycanlı prodüser Maltaya gəlin köçür

Azərbaycanlı prodüser Maltaya gəlin köçür


30-03-2015, 15:14. Yazar: admin
Azərbaycanlı prodüser Maltaya gəlin köçür
Maltada yaşayan azərbaycanlı iş adamından prodüser və təşkilatçı Humay Muxtarovaya evlilik təklifi gəlib.

Humay Muxtarova Moderator.az -a açıqlamasında xəbərin düzgünlüyünü təsdiqləyib.

“Bəli, beli bir təklif olub. Amma mən ailə qurmağa hazır deyiləm. Qəlbimə girmək çox çətin məsələdir. Çünki kişinin diqqəti, fikri mənim üçün önəmlidir. Sevgiyə bağlıyam, sadiqəm. Amma ondan xəyanət və ya yalan görsəm qəlbim sınar. Bu səbəbdən də ona olan hissim bir gün nifrətə çevirilə bilər”, - prodüser deyib.

Qeyd edək ki, H.Muxtarova bir dəfə ailəli olub və bir qız övladı var.

Geri dön