Ana Sayfa > Xəbər > Türkiyədə törədilən terror aktında 27 nəfər ölüb, 100-ə yaxın yaralı var (ƏLAVƏ OLUNUB 3)

Türkiyədə törədilən terror aktında 27 nəfər ölüb, 100-ə yaxın yaralı var (ƏLAVƏ OLUNUB 3)


20-07-2015, 16:08. Yazar: admin
Türkiyədə törədilən terror aktında 27 nəfər ölüb, 100-ə yaxın yaralı var (ƏLAVƏ OLUNUB 3)
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.

Trend "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtilə 13.45) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb.

İlkin məlumata görə, hadisə yerində ən azı 10 nəfər ölüb, xeyli sayda yaralı var.

Hadisənin baş vermə səbəbləri ilə bağlı hələlik rəsmi qurumlar açıqlama verməyib. İlkin versiyalara görə, partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.

x x x

Qəzanın baş verməsi ilə bağlı verilən son açıqlamada bildirilir ki, 25 nəfər ölüb, 100-ə yaxın isə yaralı var.

x x x

"Hürriyyət" qəzetinin yazdığına görə, hadisə yerində olan rəsmi qurumların nümayəndələri açıqlayıb ki, terror aktının mərkəzdəki gənclərin içərisinə daxil olmuş İŞİD tərəfdarı 18 yaşlı qadın kamikadze tərəfindən törədildiyi ehtimal olunur.

x x x

"TRT Haber" telekanalının hadisə ilə bağlı verdiyi son məlumata görə isə, terror aktında 27 nəfər ölüb.

Geri dön