Ana Sayfa > Xəbər > Sobçak: “Putin özünü Allah hesab edir”

Sobçak: “Putin özünü Allah hesab edir”


30-03-2015, 15:11. Yazar: admin
Sobçak: “Putin özünü Allah hesab edir”
Rusiyalı jurnalist Kseniya Sobçak Krımın birləşdirilməsi və Donbasdakı konfliktə görə prezident Vladimir Putini ittiham edib.

Axar.az xəbər verir ki, Sobçak bunu Polşa mətbuatına verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya prezidentinin addımları Rusiyada əhval-ruhiyyənin istiləşməsinə hesablanıb və bu da sonda Boris Nemtsovun öldürülməsinə gətirib çıxardı.

Sobçak bildirib ki, hakimiyyət iqtisadi inkişaf haqqında yox, Rusiyanın qorxulu olması haqqında fikirləşir:
“Heç kim təminat verə bilməz ki, Rusiyada Krımın işğalından sonra “Yenə də istəyirik” qışqıran insanlar olacaq. Putin hər şeyi asanlıqla aldı. 15 illik hakimiyyətində o özünü nəyi istəyirsə onu əldə edən insan kimi hiss etdi. O özünü Allah sayır və bu da çox təhlükəlidir”.

Geri dön