Ana Sayfa > Xəbər > Ərdoğandan İrana CAVAB: “Təxirə salınmayacaq”

Ərdoğandan İrana CAVAB: “Təxirə salınmayacaq”


30-03-2015, 13:33. Yazar: admin
Ərdoğandan İrana CAVAB: “Təxirə salınmayacaq”
İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehran səfərinə qarşı çıxmasına reaksiya gəlib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan onun İrana gəlməməsi tələbinə cavab verib. Türkiyə prezidenti bildirib: “Onlar mənim tərəf müqabilim deyil. Səfər proqramında bir dəyişiklik yoxdur”.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Yəmən məsələsində İranın tutduğu mövqeni tənqid etməsi Mənsur Həqiqətpurun narazılığına səbəb olub.

O deyib ki, Türkiyə dövlət başçısı İrana nəzərdə tutulan səfərini təxirə salmalıdır.

Geri dön