Ana Sayfa > Xəbər > “Rəqib aqressivlikdə güclü idi”

“Rəqib aqressivlikdə güclü idi”


17-07-2015, 10:33. Yazar: admin
“Rəqib aqressivlikdə güclü idi”
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, "Qəbələ" səfərdə “Çukariçki”yə (Serbiya) 0:1 hesabı ilə uduzub.

“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyundan sonran keçirilən mətbuat konfransında bu sözləri deyib:

“Çukariçki”ni, həmkarımı qələbə münasibətilə təbrik edirəm. Oyunumuzu təhlil etmək çətindi. Biz oyun üslubumuza əsasən topa nəzarət etmək istəyirdik. Amma ötürmələr zamanı çox top itirirdik. Bunun alınmadığını görüb, ikinci hissədə fərqli oynamaq istədik. Hava ötürmələri ilə oynamağa çalışdıq. Rəqib bu gün topalma, aqressivlikdə güclü idi”.

Geri dön