Ana Sayfa > Xəbər > İrakli Qaribaşvili müsəlmanları təbrik etdi

İrakli Qaribaşvili müsəlmanları təbrik etdi


17-07-2015, 10:15. Yazar: admin
İrakli Qaribaşvili müsəlmanları təbrik etdi
Gürcüstanın baş naziri İraqkli Qaribaşvili ölkəsində yaşayan müsəlmanların ramazan bayramını təbrik edib. ANS PRESS-in məlumatına görə, baş nazir təbriklərini ötən axşam iftar süfrəsində baş tutan görüşdə çatdırıb. Hökümət başçısı çıxışı zamanı Gürcüstanda yaşayan müsəlmanların ölkəsinin tərkib hisəsi olduğunu qeyd edib:

“Gürcüstanda yaşayan müsəlmanlar ölkəmizin ayrılmaz tərkib hissəsidirlər. Tarix boyu xristianlar və müsəlmanlar birgə sülh şəraitində öz tolerantlığı ilə seçilən ölkəmizdə yaşamışlar. Bizim bir vətənimiz var. Ona görə də biz bir-birimizdən ayrı mövcud ola bilmərik, çünki həyatımız bir-birinə bağlıdır. Qloballaşma dövründə Gürcüstanda yaşayan müsəlman vətəndaşlar eyni zamanda İslam dünyası ilə əlaqə yaradan vasitədirlər… Bizim fərqli dinimiz olsa da çoxdinli və millətlilik baxımından zəngin dövlətimiz var. İnsanlar ölkədə din və vicdan azadlığına söykənərək bərabər qarşılıqlı sayqı və hörmətlə və biri-birinin dini inancına dözümlülük göstərərək birgə yaşayırlar”.

İftar axşamında Dini məsələlər üzrə dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov, qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, şərqi Gürcüstanın müftisi Yasin Əliyev çıxış edərək Ramazan bayramı münasibətilə müsəlmanlara göstərilən diqqət və sayqıya görə baş nazirə minnətdarlıqlarını bildirdilər. Ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edib, dünyaya sülh, əminamanlıq arzuladılar. Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edərk, tutulan orucların edilən dua və ibadətlərin qəbul olmasını dilədilər.

Tədbirdə müsəlman ölkələrinin səfirlikərindən gələn nümayəndələr, din və ictimaiyyət xadimləri iştirak etdi. Sonda baş nazir qonaqlarla xatirə şəkili çəkdirdi.

Geri dön