Ana Sayfa > Xəbər > Xalq artisti gileyləndi: "Məndən icazə almırlar"

Xalq artisti gileyləndi: "Məndən icazə almırlar"


16-07-2015, 18:33. Yazar: admin
Xalq artisti gileyləndi: "Məndən icazə almırlar"
Xalq artisti Yalçın Rzazadə oğlu Mətin Rzazadə ilə birlikdə “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, Mətin atasının mahnılarını oxumadığını deyib:

“Atamın bəzi mahnılarını səsləndirirəm. Yalçın Rzazadədən sonra onun mahnılarını oxumaq düzgün deyil. Başqaları oxuyanda da düzgün etmirlər”.

Y.Rzazadə isə gənc ifaçılardan şikayətlənib:

“Mahnıları çoxları oxuyur. Amma əksəriyyəti məndən icazə almırlar. Əfsuslar olsun ki, çox az adam fikrimi öyrənir. Bütün dünyada adətdir, hansısa ifaçının mahnısını oxuyanda deyirlər ki, “Filankəsin repertuarından”. Gənclər bilmir ki, nə qədər özlərini sadə aparsalar, sənət mədəniyyətini qavrasalar, hörmətləri də bir o qədər yüksək olar”.

Xalq artisti oğlunun müğənni olmasını istəmədiyini bildirib:

"Heç vaxt istəməzdim oğlum müğənni olsun. Amma heç vaxt onlara deməmişəm ki, bunu istəməyin. Sənətdə olmaq asan deyil. Gərək istedadlı olasan. Üç oğlum var. Övladımın biri gömrükdə kapitandır, böyük oğlum isə heykəltəraşdır".

Geri dön