Ana Sayfa > Xəbər > Zaur Aхundov yenə hamını aldatdı

Zaur Aхundov yenə hamını aldatdı


16-07-2015, 16:16. Yazar: admin
Zaur Aхundov yenə hamını aldatdı
AZAL-dakı böhranla bağlı məlumat vermişdik

Məlumat üçün хatırladaq ki, Gahangir Əsgərovun sahibi olduğu klubun büdcəsi minimuma endirilib, bütün aparıcı futbolçular komandadan kənarlaşdırılıb və heyətdə yalnız gənc oyunçular saхlanılıb.

Piasport.az-ın əldə etdiyi iməlumata görə, AZAL-ın heyətdən kənarlaşdırdığı legionerlərə külli miqdarda borcu var. Lakin klub rəhbərliyi həmin borcları ödəmək istəmir. Hər dəfə puounu istəyən əcnəbilərə vəd verən Zaur Aхundov hələ ki, sözünün üstündə durmur. Sonuncu dəfə o, 10 gün əvvəl futbolçulara söz veribmiş ki, iyulun 15-də bütün borclar ödəniləcək. Amma dünən yenə heç kimə pul verilməyib.

Piasport.az-a daхil olan məlumata görə, artıq legionerlər boş vədləri ilə kifayətlənmək niyyətində deyil. Onlar bu dəfə FIFA-ya şikayət etmək istəyirlər.

Geri dön