Ana Sayfa > Xəbər > UEFA-dan Azərbaycan klubuna cəza
UEFA-dan Azərbaycan klubuna cəza16-07-2015, 13:25. Yazar: admin |
UEFA-nın Nəzarət, etik və intizam komitəsi Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Mladost” – “Neftçi” oyunu barədə qərar qəbul edib. “Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumu paytaxt klubunun iki oyunçusuna ciddi cəza tətbiq edib. İyulun 9-da Podqoritsa şəhər stadionunda keçirilmiş matçın sonunda hər iki komandanın futbolçuları arasında yaranmış münaqişədə iştiraka görə müdafiəçi Aylton Fereyra və qapıçı Maksim Vaylo cəzalandırılıb. Hər iki futbolçu 3 oyunluq diskvalifikasiyaya məruz qalıb. Qeyd edək ki, “Neftçi” Monteneqro klubu ilə hər iki oyunda (2:2, 1:1) bərabərə qalmışdı. Səfərdə daha çox qol vurduğu üçün “Mladost” mərhələni adlamışdı. Geri dön |