Ana Sayfa > Xəbər > 118 milyon dollarlıq qanunsuz neft ixracı faktı aşkarlandı

118 milyon dollarlıq qanunsuz neft ixracı faktı aşkarlandı


16-07-2015, 13:17. Yazar: admin
118 milyon dollarlıq qanunsuz neft ixracı faktı aşkarlandı
Qazaxıstanda 192,7 min ton xam neftin qanunsuz olaraq ixracı faktı aşkarlanıb.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Nəqliyyatı üzrə Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, 22 milyard 7 milyon tenge ( təxminən 117 milyon 615 min dollar- red.) dəyərində 192 min 700 ton xam neftin qanunsuz olaraq ixrac edildiyi faktı müəyyənləşdirilib: "Fakt üzrə araşdırma aparılır".

Prokurorluq bildirib ki, bu qanunsuz xarici iqtisadi fəaliyyətin neft istehsalçısı olmayan 13 iştirakçısı müəyyənləşdirilib.

Geri dön