Ana Sayfa > Xəbər > "ANS-də müqaviləmə xitam verilib" - Elnarə Təhməzova

"ANS-də müqaviləmə xitam verilib" - Elnarə Təhməzova


16-07-2015, 13:12. Yazar: admin
"ANS-də müqaviləmə xitam verilib" - Elnarə Təhməzova
ANS-in aparıcısı Elnarə Təhməzovadan yeni xəbər var.

Axşam.az-a açıqlama verən aparıcı verilişinin başlanmasından, yeni təkliflərdən bəhs edib:

“Hələ ki, istirahətdəyəm. Özüm üçün böyük bir tətil planlaşdırmışam. Telefonumu da söndürüb dincəlirəm. Neçə vaxtdır xaricdəydim, iki gündür qayıtmışam. Amma yenidən gedəcəyəm. Avqustun 15-dən sonra iş haqda düşünəcəyəm. Dostlarım sosial şəbəkədən məni tapıb yazırlar. Çoxlu təkliflər alıram”.
E.Təhməzova ANS-dən çıxıb-çıxmamasına da aydınlıq gətirib:
“Telekanal rəhbərliyi açıqlama verdi ki, aparıcını efirdən uzaqlaşdırmışıq, araşdırma aparılır. Mənim müqaviləmə xitam verilib. Bu isə yay tətili ilə bağlıdır. Bütün aparıcılar istirahətə gedəndə iş müqaviləsinə xitam verilir. Hazırda məzuniyyətdə sayılıram. Əgər ANS-dən çıxmaq istəsəm, gedib ərizə təqdim edəcəyəm, üstünə qol çəkilsə, ayrılacağam. Onsuz verilişlərim hadisə baş verməzdən 2 həftə sonra məzuniyyətə gedəcəkdi. Rəhbərlik fikirləşir. Qismət olarsa, yeni mövsümdən birlikdə çalışarıq. Olmasa da, başqa telekanalda işləyərəm. Mən çörək yediyim qaba tüpürmərəm. Rəhbərlik dostumdur. Kanaldan ayrılsam da bu belə qalacaq. Məni işdən çıxarsalar, onları başa düşərəm. Məndən başqa nə qədər işçi var. Niyə təkcə mənə görə kanal bağlansın, o qədər insan işsiz qalsın?”.

Aparıcı dindarlarla arasında baş verən qalmaqaldan sonra insanların ona münasibətindən söz açıb:

“O hadisə olanda şirkətə kimlər gəlmişdisə, hamısı ilə rəhbərlik danışdı. Mən qaçıb gizlənən deyiləm. Heç kimi təhqir etməmişdim. Tək səhvim efirdə “bayquş” sözünü işlətmək oldu. Adını dindar, namaz qılan qoyanların əksəriyyəti saxtakarlıq edir. Mən bakılıyam, seyid nəslindənəm, nənəmin ocağı var idi. Niyə namaz qılanları təhqir edim ki? Dini düz başa düşən adam mənə irad bildirmədi. Mən sonralar alış-veriş mərkəzində də, şəhərdə də olmuşam. Yaxınlaşıb şəkil çəkdirən də olub. O məsələdən sonra dəyərli olduğumu, çox istəndiyimi bildim. Elə adamlar mənə zəng vururdu ki... Kobudluq edənlər, söyüş söyənlər oldu. Din bilən qadını təhqir edər?”.

Xatırladaq ki, E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları “bayquş”a bənzədib. Üstəlik, o, qara çadra geyinənlərin neqativ enerji yaydığını bildirib. Aparıcının səsləndirdiyi və cəmiyyətdə birmənalı qarşılanmayan fikirləri ətrafında qalmaqal yaranmışdı. Nəticədə telekanal rəhbərliyi və E.Təhməzova bütün dindarlardan üzr istəyib, “İncə maraqlar” və “İncə+” verilişlərinin yayımını dayandırmışdı.

Geri dön