Ana Sayfa > Xəbər > Azərbaycanda nə qədər işsiz var?
Azərbaycanda nə qədər işsiz var?16-07-2015, 13:02. Yazar: admin |
![]() 2015-ci il iyulun 1-nə iqtisadi fəal olan əhalinin sayı 4 milyon 867,7 min nəfər olub, onlardan 4 milyon 631,5 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. Komitənin məlumatına görə, analoji dövrdə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,1 min nəfər olub, onun da 38,8%-ni qadınlar təşkil edib. Beləliklə, son bir ay ərzində rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 200 nəfər azalıb. 2015-ci il iyunun 1-i ilə müqayisədə işsizliyə görə müavinətin orta məbləği isə 3,8 manat artaraq, 243,4 manat olub. Qeyd edək ki, 2015-ci ilin aprelin 1-nə müavinətin orta məbləği 254,4 manat, mayın 1-nə 248,3 manat, iyunun 1-nə isə 239,6 manat təşkil edib. Geri dön |