Ana Sayfa > Xəbər > “Rəqib aqressiv oynayır”- Qriqorçuk
“Rəqib aqressiv oynayır”- Qriqorçuk16-07-2015, 12:11. Yazar: admin |
“Belə oyunlarda əvvəldən favorit və ya şanssız komanda haqda danışmaq olmaz. Düşünürəm ki, mərhələnin startına qədər şanslar bərabər olur”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri UEFA Avropa Liqası 2-ci təsnifat mərhələsi ilk oyunları çərçivəsində keçiriləcək “Çukariçki” - “Qəbələ” oyunundan qabaq mətbuat konfransında “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk deyib. “Çukariçki” haqda kifayət qədər məlumatları olduğunu bildirən ukraynalı mütəxəssis serblərin çox ciddi rəqib olduğunu qeyd edib: “Onlar bir mərhələ adlayıb ki, bu da fikrimi təsdiqləyir. Rəqibin oyunçu seçimi, məşqçi işi, oyunun təşkili, komandada görülən işi aydın görünür. “Çukariçki” aqressiv futbol nümayiş etdirir. Sabit heyətə malik komanda xeyli müddət oynaması ilə seçilir. Komanda çox sadə yolla rəqibi təzyiq altına salmağa çalışır. Top sürətlə rəqib qapısı önünə çatdırılır, kollektiv güclü mübarizə aparır. Bilirik ki, çox çətin oyun olacaq. Azərbaycanın aparıcı klubları hücum futbolu nümayiş etdirib, baxımlı, məzmunlu, maraqlı və kombinasiyalı oyun sərgiləyir. Bizim oyun üslubumuz hücum futboludur. İstəyirik ki, hücumda daha çox vaxt keçirək, rəqib qapısı önündə oynayaq. İndi elə mərhələdəyik ki, futbolçular arasında anlaşmanı artırmaq üçün zaman lazımdır. “Çukariçki” ilə qarşılaşmada da hücum etmək niyyətindəyik. Çünki dəqiq əminik ki, bizim üstünlük verdiyimiz və nail olmaq istədiyimiz üslub nəticə verir. Biz ideal saydığımız hücum futbolu oynayacaq, buna çalışacağıq. Heyətimizdə kifayət qədər təcrübəli oyunçular var. İndi mübarizə apardığımız turnirin qalibi olan futbolçu – Aleksey Qay da komandamızda çıxış edir. Belə beynəlxalq oyunlar təcrübəsinə malik futbolçuların heyətdə olması yaxşıdır”. Geri dön |