Ana Sayfa > Xəbər > Ermənilərin kökü kəsilir
Ermənilərin kökü kəsilir30-03-2015, 11:11. Yazar: admin |
Hazırda Ermənistanda qeydiyyatda olanların 28,75 faizi ölkədən kənarda yaşayır. Bu məlumat Ermənistan dövlət qurumlarının beynəlxalq təşkilatlarda birlikdə hazırladığı xüsusi məruzədə yer alır. Daha dəqiqi, 870 min Ermənistan vətəndaşı xaricdə yaşayır. Özü də burada söhbət vətəndaşlıqdan imtina edərək Ermənistanı birdəfəlik tərk edənlərdən söhbət getmir. Məruzədə reapublikadan kənarda yaşayan Ermənistan sakinlərindən bəhs edilir, onların çoxu ailələri ilə birlikdə başqa ölkələrdə yaşayıb işləyirlər. Ermənistan vətəndaşlarının çox hissəsi Rusiyada yaşayır, bu yaxınlara qədər orada iş tapmaq daha asan idi. Ermənistan əhalinin artan köçünün səbəbləri hamıya aydındır - bu, aydan aya artan işsizliklər, maaşların verilməməsi, ərzağın və ilkin tələbat mallarının qiymətinin yüksək olması ilə bağlıdır. Bütün bunlar, əlbəttə, əhalinin yoxsullaşmasına səbəb olur. Dağlıq Qarabağ münaqişəsini də yaddan çıxarmaq - Ermənistan sakinləri çağırış yaşına çatan övladlarının taleyinə görə çox narahat olurlar. Ölkə rəhbərləri yeni əsas qanunun qəbul edilməsindən sonra iqtisadi islahatlar vəd edir. İslahat konsepsiyası artıq erməni dövlətinin başçısı tərəfindən qəbul olunub. Tezliklə, onların ümummilli müzakirəsi başlayacaq. Hakimiyyətdəkilər hesab edirlər ki, indiki Konstitusiya erməni xalqına 1995-ci ildə sırınıb və ölkənin inkişafını ləngidir. Yerli ekspertlər isə bu məsələyə çox şübhə ilə yanaşırlar. Onlar Ermənistanın yeni əsas qanununun əhali üçün deyil, tamamilə başqa qüvvələr üçün faydalı olacağını deyirlər, yəni əhalinin köçü əvvəlki kimi davam edəcək. Buna görə, mütəxəssislərin əksəriyyəti hesab edir ki, əvvəlcə iqtisadiyyatla məşğul olmaq lazımdır, məhz bundan sonra iqtisadiyyat əsasında ölkənin siyasi quruluşunu dəyişmək olar. Geri dön |