Ana Sayfa > Xəbər > Bayram ərəfəsində dollar bahalaşdı

Bayram ərəfəsində dollar bahalaşdı


16-07-2015, 10:02. Yazar: admin
Bayram ərəfəsində dollar bahalaşdı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Vertikal.az-ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1546-dan 1,1477-ə qədər düşüb.

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə cüzi bahalaşama qeydə alınmayıb. 1 ABŞ dolları 1,0492 manatdan 1,0495-ə qədər artıb.

Rus rublunun məzənnəsində cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0,0186-dən 0,0184-ə kimi ucuzlaşıb.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

Geri dön