Ana Sayfa > Xəbər > Keçmiş Alman zabitinə 4 il həbs kəsildi

Keçmiş Alman zabitinə 4 il həbs kəsildi


15-07-2015, 17:40. Yazar: admin
Keçmiş Alman zabitinə 4 il həbs kəsildi
Almaniya məhkəməsi Osvensimdəki ölüm düşərgəsinin keçmiş gözətçisi Oskar Gröningi 4 il azadlıqdan məhrum edib.

Onun 94 yaşı var.

Lyuneburq məhkəməsi “Osvensimin hesabdarı” kimi tanınan Gröningi 1944-cü ildə azı 300 min yəhudinin ölümündə əli olmaqda təqsirli sayıb.

Keçmiş SS zabiti düşərgəyə gətirilənlərin əşyalarını və pullarını toplayaraq Berlinə göndərməklə məşğul imiş.

O iyulun 14-də məhkəmədə əsir düşərgəsində işləməsindən çox təəssüf bildirib.

Geri dön