Ana Sayfa > Xəbər > Müğənnilərimiz yerli çimərliyə niyə üz tutmurlar?
Müğənnilərimiz yerli çimərliyə niyə üz tutmurlar?15-07-2015, 17:16. Yazar: admin |
"Görüş yeri" verilişinin qonağı olan müğənnilər Gülay Zeynalova və Niyam Salami yay istirahətlərindən danışıblar. Vertikal.az publika.az-a istinadən xəbər verir ki, xanım sənətçi Azərbaycanda istirahət etməyi sevsə də, dənizdə çimmək üçün xaricə üz tutur. O düşünür ki, indi hər kəsin fotokameralı telefonu olduğundan dənizdə onun şəkillərini çəkə bilərlər. "Azərbaycanımızın gözəl bölgələrini dünyanın heç bir yeri ilə əvəz etmək olmaz. Amma Azərbaycanda dənizə getdiyim yadıma gəlmir. Tanınmış sima və xanım olduğumdan Bakıda dənizə istirahətə getmirəm. Hamının əlində telefon var", - Gülay deyib. Müğənni Niyam isə sərbəst ola bilməsə də, kişi olduğu üçün belə bir kompleks yaşamadığını bildirib: "Sərbəst ola bilmirəm. Kompleksim də yoxdur. Şüvəlanda da gedib çimmişəm". Geri dön |