Ana Sayfa > Xəbər > “Bir damın altında yaşayandan sonra bilirsən ki, ərin kimdir”
“Bir damın altında yaşayandan sonra bilirsən ki, ərin kimdir”30-03-2015, 10:45. Yazar: admin |
Əməkdar artist Lalə Məmmədova "A-dan Z- yə” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, əməkdar artist sənətçilərin ailə həyatında qarşılaşdıqları çətinliklərdən danışıb: “Ailə həyatında bilmirsən kimin payına nə düşür . Bir müddət bir damın altında yaşayandan sonra bilirsən ki, həyat yoldaşın kimdir . Sənətçinin həyat yoldaşı olmaq başqa bir problemdir. Sənətçini səhnədə görüb sevirlər, ailə qurandan sonra narazılıqlar başlanır. Sənətçi ilə ailə həyatı quranda bəzi problemləri qarşılıqlı razılaşma ilə yoluna qoymaq lazımdır”. Məmmədova aparıcının "Bir müddət əvvəl şəxsi həyatınızda problem oldu. Həmin an sənət dostlarınız yanınızda idimi?"sualını da cavablandırıb: "Bu elə bir mövzu deyildi ki, müzakirəyə çıxarılsın. Həmin an oldu və keçdi. Məni sevənlər hər zaman yanımda olub, şəxsi həyatımda olan problemlərə görə məni sevənlərin sevgisi azaldısa, deməli onların sevgisi əsl sevgi deyilmiş. Mən sənətçi kimi hər zaman gündəmdə olmuşam, şəxsi həyatımla gündəmdə olmaq mənə lazım deyil. Balalarımla, sənətimlə özümü rahat hiss edirəm. Min şükür valideynlərim sağdır, yanımdadırlar”. Geri dön |