Ana Sayfa > Xəbər > Qarabağ məsələsi Türkiyə və Iranın real dəstəyi ilə həll edilə bilər

Qarabağ məsələsi Türkiyə və Iranın real dəstəyi ilə həll edilə bilər


15-07-2015, 17:05. Yazar: admin
Qarabağ məsələsi Türkiyə və Iranın real dəstəyi ilə həll edilə bilər
İran -Qərb münasibətləri Qarabağ mövzusunda rol oynaya biləcəkmi? Birlik.az saytı xəbər verir ki, bu barədə Qarabağ Azadlıq Təşkilatının sədri, tarixçi-politoloq Akif Nağı sosial şəbəkədə maraqlı fikir paylaşıb:

"İranla "Altılıq" ölkələri arasında əldə olunmuş razılaşma son illərin ən mühüm hadisəsi kimi deyerləndirilə biler. Bu razilaşma dünyanın, xüsusilə də bizim regionun düzəninə ciddi təsir göstərəcək. Iran Qərbin təzyiqləri qarşısinda geri çəkilmədi, Bu, yaxıi nümunədir.Hər bir dövlət öz maraqlarını qorumağı bacarmalı, başqalarının da bu maraqlarla hesablaşmasina nail olmalidir. Neft qiymətlərinin də ABŞ tərəfindən təkbaşına nizamlanması praktikasına ciddi düzeliş ediləcəkdir. Bu da çox vacib məsələdir. Yeni situasiya Qarabağ probleminin həllinə də müsbət təsir göstərə bilər. Dəfələrlə dediyimi bir daha tekrar edirəm: Qarabağ məsələsini Azərbaycan öz gücünə arxalanmaqla Türkiyə və Iranın REAL dəstəyi ilə həll edəcəkdir."

Azad Qarabağ Uğrunda Alyansın idarə heyətinin üzvü, Birlik ictimai birliyinin sədri, şərqşünas Vüsal Hətəmov isə öz səhifəsində QAT sədri Akif Nağının fikirlərinə belə münasibət bildirib: "Akif müəllimlə razılaşmadığım məqamlar var. Regionda supergüc olan Rusiya faktoru həmişə nəzərə alınmalıdır. Əks-təqdirdə Qarabağ müharibəsi "bölgədə xristian-müsəlman" müharibəsi adını ala bilər. Düzdür, əslində, reallıq budur ki, Qarabağ məsələsində Ermənistana xristian dövlətlər kömək etdi. Amma rəsmi olaraq bu adı qoymaq olmadı. Bundan sonra isə Azərbaycan təkcə İran və Türkiyə ilə Qarabağ mövzusunu ciddi müzakirə edə bilməz. Bu həm Rusiyanı qızışdıracaq, həm də regionda bizi hörmətsiz dövlət edəcək. Çünki heç bir müsəlman dövləti Rusiya ilə kəllə-kəlləyə gəlmək istəməz. Sonda isə yenə də təklənəcəyik. Necə ki 90-cı illərdə müsəlman dövlətləri bizi sonda tək qoydu... Başqa yolları da yox idi. Qarabağın mürəkkəb düyününü qaranlıqda heç bir müsəlman dövləti açmağa risk etməzdi. Türkiyə və İran öz dövlətlərini təhlükə altına ata bilməzdi. Ehtimal ki, Qarabağ problemində maraqlı olan Qərb elə müsəlman dövlətlərini münaqişəyə çəkmək fikrində olub."

Geri dön