Ana Sayfa > Xəbər > "TAP-da 20 faizlik pay 400 milyon dollara başa gələcək"
"TAP-da 20 faizlik pay 400 milyon dollara başa gələcək"14-07-2015, 18:06. Yazar: admin |
Transadriatik qaz kəmərinin (TAP) səhmdarları arasında paylarını İtaliyanın "Snam" qaz nəqli şirkətinə satmaqda maraqlı olan şirkətlər var. Trend-in məlumatına görə, bu barədə şirkətin direktoru Karlo Malakarne "Corriere della Sera" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, layihədə 20 faizlik pay təqribən 400 milyon dollar olacaq: "Bu qiymət bazardakı indiki vəziyyətlə uyğundur. Biz 2030-cu ilədək Avropada qaz istehlakının artmasının şahidi olmayacağıq. Köhnəlmiş yataqlardakı hasilatı yeni mənbələrlə əvəz etmək lazımdır". K.Malakarne qeyd edib ki, Avropa Rusiyadan qaz idxalını azaltmalı deyil, lakin onun idxalı üçün yeni tərəfdaşlar tapmalıdır: "Biz qazı onun olduğu yerdən - Qafqaz, perspektivdə İran, Şimali Afrika - almalıyıq". Geri dön |