Ana Sayfa > Xəbər > Lukaşenko yenə də prezident olmaq istəyir

Lukaşenko yenə də prezident olmaq istəyir


14-07-2015, 16:05. Yazar: admin
Lukaşenko yenə də prezident olmaq istəyir
Aleksandr Lukaşenko Belarus prezidentliyinə namizədliyinin qeydiyyata alınması üçün sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Trend-in BELTA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə MSK-nın saytı xəbər yayıb.

MSK-nın məlumatına əsasən, A.Lukaşenkonun prezidentliyə namizədliyinin irəli sürülməsi üçün imzatoplama üzrə təşəbbüs qrupunun qeydiyyatı ilə bağlı sənədlər komissiyaya təqdim edilib.

Təşəbbüs qrupunun rəhbəri Belarus Həmkarlar İttifaqları Federasiyasının başçısı Mixail Orda olub.

Geri dön