Ana Sayfa > Xəbər > "Müstəqil Fələstin dövləti uğrunda mübarizə aparacağıq"

"Müstəqil Fələstin dövləti uğrunda mübarizə aparacağıq"


30-03-2015, 10:07. Yazar: admin
"Müstəqil Fələstin dövləti uğrunda mübarizə aparacağıq"
Misirin Şarm əl-Şeyx şəhərində başa çatan Ərəb Dövlətləri Liqasının 26-cı Sammiti bir sıra məqamları ilə yadda qalıb.

ANS PRESS-in məlumatına görə, Sammitin yekununda Yəməndə husilərə qarşı koalisiya qüvvələrinin birgə çıxşı barədə qərar qəbul edilib.

Prezident Vladimir Putinin 14 ölkə liderinin və 7 ölkə təmsilçisinin iştirakı ilə keçirilən Sammitdə müraciəti isə daha çox diqqət çəkib.

Rusiya dövlət başçısı şərqi Qüdsün paytaxt olması şərtilə Fələstin dövlətinin qurulmasına kömək edəcəklərini bildirib: “Fələstinlilər paytaxtı şərqi Qüds olmaqla, rahat yaşaya biləcək müstəqil bir dövlət qurmaq haqqına sahibdirlər. Rusiya tərəflərin danışıq və müzakirələr vasitəsilə bu istiqamətdə məqsədə çatmağı üçün dəstəyini əsirgəməyəcək.”

O, Ərəb Liqasının sammitinə müraciətində Yaxın Şərqə aid məsələlərin dinc yollarla həll olunmasına çağırıb: "Biz Yaxın Şərq ölkələrinə kənar qüvvələrin müdaxiləsini pisləyirik. Bu məsələnin həlli ilə bağlı Rusiya diplomatik vasitəçiliyini təklif edir."

Ekspertlərin fikrincə, Rusiya ABŞ tərəfindən dəstəklənən İsrailin Yaxın Şərqdəki siyasətinə qarşı çıxsa da, Moskvanın bu bölgədəki siyasəti birmənalı deyil. Rusiyanın çağırışlarına baxmayaraq, Ərəb ölkələrinin sammiti Yəməndə koalisiya qüvvələrinin birgə çıxşı barədə qərar qəbul edib.

Geri dön