Ana Sayfa > Xəbər > Hərbi kazarma uçdu: ölənlərin sayı 23-ə çatdı
Hərbi kazarma uçdu: ölənlərin sayı 23-ə çatdı13-07-2015, 12:57. Yazar: admin |
Omskda Hərbi Desant Qoşunlarının kazarmasının uçması nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb. Müdafiə Nazirliyinin məlumatına görə, bu vaxta qədər dağıntılar altından 42 nəfər çıxarılıb. "İyulun 13-ü səhər saat 10:00-a (Bakı vaxt ilə 12:00) olan məlumata görə, 23 hərbçi ölüb". Bazar günü axşam saatlarında kazarma binasının bir neçə mərtəbəsi uçub. Onlarla insan dağıntılar altında qalıb. Saat 10:21 Rusiyanın Omsk şəhərində hərbi kazarma binasında uçqunda ölənlərin sayı sürətlə artır. ANS PRESS-in məlumatına görə, regionun xilasetmə xidmətinin nümayəndəsi baş vermiş hadisə nəticəsində dağıntılar altından 37 nəfər çıxarılıb. Onlardan 18-nin cəsədinin çıxarmaq mümkün olub. İlkin məlumatlara görə, dağıntılar altında 8 nəfər var. Onların xilas edilməsi yönündə iş gedir. Həmin an binada olan 337 nəfərdən 45-i dağıntılar altında qalıb. Xilas edilən 19 nəfərin əksəriyyəti ağır və çox ağır vəziyyətlərdə xəstəxanalara çatdırılıb. İlkin məlumata görə, 11 nəfərin şəxsiyyəti müəyyən edilib. Geri dön |