Ana Sayfa > Xəbər > İŞİD-in məşhur cəlladı Türkiyədədir - İddia
İŞİD-in məşhur cəlladı Türkiyədədir - İddia13-07-2015, 12:52. Yazar: admin |
“İslam dövləti” (İŞİD) terror təşkilatının edam kadrlarında cəllad qiyafəsində olan Böyük Britaniya vətəndaşı Əbdül Məcid Əbdül Barinin Türkiyədə olduğu iddia edilib. Modern.az saytının məlumatına görə bu barədə Böyük Britaniyanın nüfuzlu “The Telegraph” qəzeti yazıb. Məlumata görə İŞİD ötən ay Suriyanın Təl-Əbyad şəhərindən məğlub olaraq geri çəkilərkən Əbdül Məcid Əbdül Bari Türkiyəyə qaçıb. İddiada bildirilir ki, İŞİD-in adıçəkilən cəlladı qaçqın kimi Türkiyə ərazisinə daxil olub. Xatırladaq ki, amerikalı jurnalist Ceyms Foleyin başını kəsənin Əbdül Məcid Əbdül Bari olduğu bildirilir. Əbdülbarinin atası ABŞ-da həbsdədir. Onun “Əl-Qaidə”nin öldürülən lideri Usamə Bin Ladenlə vaxtı ilə əlaqədə olduğu qeyd edilir. Qeyd edək ki, o, "Cihadçı Con" ləqəbi ilə tanınır. Geri dön |