Ana Sayfa > Xəbər > Ermənilər belə məğlub oldular - VİDEO

Ermənilər belə məğlub oldular - VİDEO


30-03-2015, 09:42. Yazar: admin
Ermənilər belə məğlub oldular - VİDEO
"Avro-2016"nın seçmə mərhələsində İ qrupunda mübarizə aparan Ermənistanın futbol üzrə yığma komandası Albaniya millisinə 1:2 hesabı ilə məğlub olub.

AzVision.az xəbər verir ki, “Elbesan Arena”da baş tutan oyunun 4-cü dəqiqəsində Movisyanın vurduğu qol sayəsində Ermənistan millisi irəli çıxıb. Oyunun ikinci hissənin əvvəllərindən ərazi üstünlüyünə ələ keçirən albanlar bir-birinin ardınca təhlükəli hücumlar təşkil ediblər. Matçın 70-ci dəqiqəsində erməni millisinin üzvü Oqanes Ambartsumyan ikinci sarı vərəqə alaraq meydançadan qovulub. Bundan 7 dəqiqə sonra alban yığmasının üzvü Merqim Mavray hesabı bərabərləşdirib. Bu qolun şokundan ayılmayan Ermənistan yığmasını matçın 81-ci dəqiqəsində Şkelzen Qaşi cəzalandırıb.

Onun vurduğu qolla Albaniya millisi qələbəsini rəsmiləşdirib.

Beləliklə, 4 oyundan sonra 1 xal toplayan Ermənistan yığması turnir cədvəlində sonuncu, 5-ci pillədədir.



Geri dön