Ana Sayfa > Xəbər > Hacıbala müəllim, sizin sərəncamla parkı qırırlar

Hacıbala müəllim, sizin sərəncamla parkı qırırlar


13-07-2015, 11:51. Yazar: admin
Hacıbala müəllim, sizin sərəncamla parkı qırırlar
Bakı şəhəri Məhəmməd Hadi 41-də yaşayan sakinlər həyətlərindəki 40 illik ağacların kəsilməsinə və uşaq meydançasının dağıdılmasına etiraz edirlər. Onların sözlərinə görə, burada Qarabağ əlilləri üçün bina tikilməlidir. Sakinlərsə «Bəs bizim uşaqlar harda oynasınlar, özümüz harda dincələk» deyə sual edirlər.

«O gün gəliblərki, Qarabağ əlilləri üçün ev tikirik. Sevil massivində tiksinlər. Niyə burda tikirlər. İki min ailənin nəfəs alan yeridir. Parkda uşaqlar üçün şərait yaratmışdıq. Hamısını qırıb dağıdıblar. Heç bir qurum da şikayətimizə baxmır».

Sakinlərin əlində olan sənədə görə, tikinti Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə həyata keçirilir.

İyulun 10-da polis əməkdaşları etirazlara baxmayaraq ağacların bəzisini çıxarıb, uşaq yelləncək və sürüşkənlərini isə qırıb dağıdıb.

Durum təkcə böyükləri deyil, elə uşaqları da narahat edir.

- Mən dostlarımla burda əylənirdim, yelləncəkdə yelənirdim. Bizə imkan vermirlər.

- O gün gəldilər, qadınları yıxdılar. Buraları dağıtdılar.

Məsələ ilə bağlı rəsmilər hələlik heç bir reaksiya verməyib.

Geri dön