Ana Sayfa > Xəbər > "Qayınatam dedi ki, evdən pul, qızıl oğurlamısan" - "Keyxanım"
"Qayınatam dedi ki, evdən pul, qızıl oğurlamısan" - "Keyxanım"10-07-2015, 18:19. Yazar: admin |
“Keyxanım” obrazı ilə tanınan aktrisa Ülviyyə Əliyeva “Zərif qəhrəman” verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Axşam.az-ın məlumatına görə, aktrisa onun keçmiş ailəsini yaxın rəfiqəsinin dağıtdığını etiraf edib: “İki il yarım nişanlı, bir il ailəli olmuşam. Bir günün içində isə hər şey bitib. Keçmiş həyat yoldaşım gəlib mənə dedi ki, “Mən səni artıq sevmirəm, başqasını sevirəm, çıx get”. Başqası da mənim otaq yoldaşım çıxdı. Amma bu gün məndə o insanlara qarşı heç bir kin, nifrət yoxdur. Mən ailəmi dağıdan həmin o qadına bugünkü günümə görə çox sağ ol deyirəm. Tam səmimiyəm. Çünki həmin hadisə baş verməsəydi, indiki Ülviyyə olmayacaqdı. Mən o ailədə qalsaydım, insan, şəxsiyyət kimi yetişməyəcəkdim. Bilinmirdi mən o evdə gəlin idim, yoxsa qulluqçu. Çünki qazanıb gətirib, onları dolandırırdım. Sənətim də məhv olacaqdı. 5-6 uşaqlı evdar qadın olacaqdım. Bunun özü də pis deyil, ancaq gərək ər tərəfdən sənə hörmət qoyulsun”. Aktrisa boşandıqdan sonra ilk vaxtlar çox çətinlik çəkdiyini deyib: "Ailəcanlı biri idim. İnana bilməzdim ki, ailəm nə vaxtsa dağıla bilər. ilk vaxtlar mənim üçün çox çətin oldu. Amma başımı qatandan sonra hər şey düzəldi. Eyni vaxtda 4 yerdə işləyirdim. Kim nə iş təklifi edirdisə, heç pulunu soruşmadan razılıq verirdim. Bir də gözümü açdım ki, artıq 8 il keçib və Ülviyyə tanınır. Nə etdimsə, öz halal zəhmətimlə görmüşəm. Heç kim deyə bilməz ki, onu mən adam elədim”. Ülviyyə keçmiş ailəsində ona atılan iftiralardan da bəhs edib: “Mən elə bir ailədə böyümüşəm ki… Metro, avtobus üzü görməmişəm. Məktəbdən evə, evdən-məktəbə gedib-gəlmişəm. İncəsənət Universitetində oxuyan zaman bir az gecikən kimi anam hətta arxamca gəlirdi. Bu mühitdən çıxdım başqa bir ailəyə düşdüm. Qayınana, qayınatama “Ana, ata” deyirdim. Amma o insanlar birdən-birə elə dəyişdilər ki… Dedilər, "Sən evdən qızıl, pul oğurlamısan". Halbuki mən o evdən bir köynək, bir şalvarda çıxmışam. Özümdə təkcə gəlinlik qızıllarım qalmışdı, onu da qayınatam gəlib istədi. Onda övlad gözləyirdim, mənə SMS yazdılar ki, bizə uşaq lazım deyil, öz gələcəyini fikirləş. Bu insan başqasını istəyirdi, özü bilərdi, axı mən qayınana ayağı yumuşam, qayınata üstündə haqqım var idi. Onlar arxamda dura bilərdilər, mən də uşağımı dünyaya gətirərdim, onunla yaşayardım. Amma əli Quran tutan insan arxamda durmadı. Mənə dedilər ki, "Öz gələcəyini fikirləş". Mən o gündən ağlamamışam. Daha da möhkəmlənmişəm”. Geri dön |