Ana Sayfa > Xəbər > Azərbaycanda iş adamının 16 yaşlı oğlu 3 manata görə öldürüldü
Azərbaycanda iş adamının 16 yaşlı oğlu 3 manata görə öldürüldü10-07-2015, 15:00. Yazar: admin |
Masallıda yanacaqdoldurma məntəqəsi sahibinin oğlu qətlə yetirilib. Qətl hadisəsi bu gecə saat 02 radələrində Masallı rayon Sərçuvar kəndi ərazisində törədilib. Masallı Rayon Prokurorluğunun böyük müstəntiqi Elmar Əhmədlinin ANS PRESS-ə verdiyi məlumata görə, Sərçuvar kənd sakini 1999-cu il təvəllüdlü Həmid Bayram oğlu Məmmədov ürəyindən bıçaqlanıb. Gənc oğlan aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, 1976-cı il təvəllüdlü Rövşən Əhmədağa oğlu Zamanov və bir neçə dostu yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə gəlib. Onlar maşına 3 manatlıq yanacaq vurduqdan sonra ödəniş etmək istəməyiblər. Bu zaman məntəqədə işləyən işçi ilə müştərilər arasında mübahisə düşüb. Onlar pulu ödərərək ərazidən uzaqlaşıblar. Lakin gecə 01:30 radələridə R. Zamanov dostları ilə birgə yenidən məntəqəyə əvvəlki mübahisəni həll etməyə çalışıb. Bu zaman məntəqə müdirinin oğlu Həmin Məmmədov da ərazidə olub. Başlayan mübahisə və dava zamanı Rövşən Zamanov gənci ürəyindən bıçaqlayaraq öldürüb. Bundan sonra o hadisə yerindən qaçıb. Lakin uzağa gedə bilməyib. Rövşən səhər saat 10 radələrində Masallı polisi tərəfindən həbs edilib. Digər 3 nəfərin isə şəxsin axtarışı davam edir. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Geri dön |