Ana Sayfa > Xəbər > Tailand Türkiyədəki səfirliyini bağlayıb
Tailand Türkiyədəki səfirliyini bağlayıb10-07-2015, 14:53. Yazar: admin |
Tailand Türkiyədəki səfirliyini qeyri-müəyyən müddətə bağlayıb. APA-nın xəbərinə görə, həmçinin Tailandın İstanbuldakı konsulluğu da fəaliyyətini müvəqqəti dayandırıb. Buna səbəb uyğur diasopor üzvlərinin Tailandın İstanbuldakı konsulluğuna hücum etməsi olub. Xatırladaq ki, iyunun 9-u gecə saatlarında Tailandın Türkiyənin İstanbul şəhərindəki konsulluğu hücuma məruz qalıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Konsulluğa hücum edənlər “Şərqi Türkistan Dərnəyi” təşkilatının üzvləridir. Etiraz aksiyası Çinin qeyri-qanuni yolla Tailand ərazisinə keçmiş 97 etnik uyğur türkünün deportasiya ediləcəyi barədə bəyanatından sonra baş qaldırıb. Aksiya iştiakçıları Tailandın uyğurları Çinə verməsinə etiraz ediblər. Geri dön |