Ana Sayfa > Xəbər > Ermənilər növbəti dəfə pərt oldu - AÇIQLAMA

Ermənilər növbəti dəfə pərt oldu - AÇIQLAMA


9-07-2015, 17:14. Yazar: admin
Ermənilər növbəti dəfə pərt oldu - AÇIQLAMA
“Qondarma soyqırımla bağlı məsələ Sosİnternin gündəliyinə salınmadı”.

Bu barədə Hafta.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə məlumat verib. ASDP sədrinin sözlərinə görə, ötən gün Sosİnternin növbəti məşvərət formatlı toplantısı baş tutub. Tədbirdə Azərbaycanla yanaşı, 170 ölkənin sosial demokratları iştirak ediblər. Araz əlizadənin bildirdiyinə görə, Azərbaycan tərəfi Ermənistanın terrorçuluq məsələsini və Azərbaycan ərazisinin 20 faizinin ermənilər tərəfindən işğalı gündəmə salınıb:

“Bu tədbirdə ölkəmizi Səməd Əlizadə daha aktiv şəkildə təmsil edirdi. Bizim qaldırdığımız məsələlər gündəmə salındı. Ermənilər isə növbəti dəfə biabır oldular. Onların qondarma erməni soyqırımı ilə bağlı qaldırdıqları məsələ isə gündəmə salınmadı və rədd edildi”.

Geri dön