Ana Sayfa > Xəbər > Gücü bir qadına çatan üç “kişi”yə hökm oxundu

Gücü bir qadına çatan üç “kişi”yə hökm oxundu


9-07-2015, 16:51. Yazar: admin
Gücü bir qadına çatan üç “kişi”yə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Sumqayıt şəhər sakinləri Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eldar Mikayılov sədrlik edib.

Prosesdə hökm oxunub. Hökmə görə, N.Məmmədov 6 il 6 ay, Rövşən İsayev 6 il, Vüsal Məhzəyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edə ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata əsasən keçən il noyabrın 16-da paytaxtın Nizami rayonu, H.Əliyev prospektində şəxsiyyəti məlum olmayan 3 nəfər Tovuz rayon sakini Vüsalə Əliyevaya zor tətbiq edərək içində 30 manatı və 5 türk lirəsi, habelə kosmetik əşyaları olan çantasını alıb və hadisə yerini tərk edib.

Nizami Rayon Polis İdarəsi 23-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyev tutulub.

Geri dön