Ana Sayfa > Xəbər > Lavrov:"Embarqonu götürmək lazımdır"

Lavrov:"Embarqonu götürmək lazımdır"


9-07-2015, 16:47. Yazar: admin
Lavrov:"Embarqonu götürmək lazımdır"
“Biz İrana qarşı silah embarqosunun mümkün qədər tez götürülməsinin tərəfdarıyıq”.

Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov iyulun 9-da BRİCS ölkələrinin Ufada keçirilən sammiti çərçivəsində deyib.

O qeyd edib ki, bu terrorçuluqla mübarizədə İranın imkanlarını artıracaq.

Lavrov qeyd edib ki, xüsusilə ona görə ki, İran İslam Dövləti yaraqlıları ilə mübarizənin və bu təhlükənin region və dünyanın digər yerlərində aradan qaldırılmasının trəfdarıdır.

Nazir bildirib ki, silah embarqosunun aradan qaldırılması İranın terrorçuluqla mübarizədə hərbi imkanlarını artırmasına kömk edəcək.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov bundan əvvəl sammiti çərçivəsində İranın nüvə proqramı ilə bağlı danışıqların daha çətin mərhələyə çatdığını bildirib.

Onun sözlərinə görə, İranla danışıqlar aparan 6 ölkə Tehranın yeni təklifi üzərində işləyirlər.

İran iyulun 8-də tərəflərə yeni konstruktiv təklif verdiyini bəyan edib.

Amma qərb rəsmiləri hələlik Tehrandan təzə heçnə eşitmədiklərini deyirlər.

Məlumatlara görə əsas mübahisələrdən biri İrana silah satışına qoyulmuş embarqo üstündədir.

Geri dön