Ana Sayfa > Xəbər > “Yeni Müsavat”ın baş direktoru: “Mən də partiyadan istefa vermək haqda düşünürdüm”

“Yeni Müsavat”ın baş direktoru: “Mən də partiyadan istefa vermək haqda düşünürdüm”


9-07-2015, 16:24. Yazar: admin
“Yeni Müsavat”ın baş direktoru: “Mən də partiyadan istefa vermək haqda düşünürdüm”
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və musavat.com saytının redaktoru Xalid Kazımlının Müsavat Partiyasından istefa verəcəklərini bildirməsi onların digər həmkarları tərəfindən birmənalı qarşılanmayıb.

“Mən Müsavat Partiyasından istefa vermək haqda hələ ki düşünmürəm”. Bunu Modern.az saytına “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov deyib. Onun sözlərinə görə, bir müddət əvvəl partiyada baş verən məlum hadisələr onu da istefa vermək barədə düşünməyə sövq edib:
“Bununla bağlı Rauf bəy də açıqlama vermişdi. İsa bəy başqanlıqdan gedəndən sonra partiyanın üzləşdiyi problemlərə görə, düzü, biz sarsıntını keçirdik. Amma partiyadan səs-küylü şəkildə istefa vermək barədə düşünmürük. Sadəcə, partiyanın bu durumunda məsuliyyət daşımamaq üçün belə bir şey fikirləşmişdik. Sonra məlum oldu ki, bizim getməyimiz partiyadakı dostlarımıza pis təsir edəcək. Partiyanı bu durumda qoyub getmək bir az yaxşı alınmayacaq deyə biz müəyyən müddət bu fikirdən daşındıq. Rauf bəy artıq öz mövqeyini ortalığa qoyub, Xalid bəy də öz fikrini deyib. Amma mən partiyadan getmək barədə düşünmürəm. Hesab edirəm ki, indiki məqamda buna ehtiyac yoxdur. Əgər partiyadan getsəm belə, bunu səs-küylü şəkildə yox, sakitcə olacaq. Yalnız partiyada fəaliyyətimi göstərməməklə bildirəcəyəm. İstefa verməyim və səs-küy salmağım nə mənə, nə də partiyaya lazım deyil. Çünki partiyada elə də ciddi bir fəaliyyətim yoxdur”.

“Yeni Müsavat”ın digər əməkdaşları Azər Ayxan, Etibar Seyidağa, Elşad Paşasoy üzvü olduqları Müsavat Partiyasından gedib-getməmək haqda danışmaq istəməyibılər.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından istefa verəcəyini açıqlayıb. Ardınca musavat.com saytının redaktoru Xalid Kazımlı da Müsavatdan istefa verəcəyini bəyan edib.

Geri dön