Ana Sayfa > Xəbər > Yepifançev: “Rusiya türklərin qətlinə göz yumur, ermənilərin isə...”
Yepifançev: “Rusiya türklərin qətlinə göz yumur, ermənilərin isə...”9-07-2015, 12:38. Yazar: admin |
Rusiya “erməni soyqırımı”nı tanıyır və türkləri ölümünə göz yumur. Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Andrey Yepifançev çıxış edib. Onun sözlərinə görə, Srebrenitsaya səs verməmək yenidən ikili standartların tətbiqidir: “Serblər 8 min bosniyalını öldürüblər və Rusiya bunu soyqırım kimi konstruktiv olmadığına, siyasi motivli saydığına görə tanımayıb və ümumiyyətlə, burada günahı təkcə bir xalqın üzərinə atmaq doğru olmazdı deyə, dəyərləndirir. Ermənilər 1915-1917-ci illərdə 100 min türkü öldürüb, ondan bir qədər çoxunu isə köç etməyə məcbur ediblər. Amma “erməni soyqırımı” Rusiya tərəfindən tanınıb, türklərin kütləvi qətlinə isə gözlərini bağlayıb. Moskva bunu soyqırım kimi tanımamaqla bərabər, heç belə bir şey olmayıbmış kimi diqqət yetirmir. Görünür, indi artıq bunlar konstruktiv, siyasi motivli və günahı bir xalqın üstünə atmamağa çevrilib. Çox gözəl! İkili standartların klassik təzahürü. Dərslikdə deyildiyi kimi... Yəqin yeni Dövlət Departamenti və Psaki günahkardır”. Qeyd edək ki, bosniyalılara qarşı törədilən Srebrenitsa soyqırımının tanınması ilə bağlı BMT Təhlükəsizlik Şurasında səsverməyə Rusiya veto qoyub. Geri dön |