Ana Sayfa > Xəbər > Rauf Arifoğlunun istefa xəbərinə Müsavatdan reaksiya
Rauf Arifoğlunun istefa xəbərinə Müsavatdan reaksiya9-07-2015, 11:34. Yazar: admin |
Xəbər verildiyi kimi, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat partiyasından istefa verəcəyini açıqlayıb. O, rəsmi istefa ərizəsini Müsavat rəhbərliyinə doğum günündən sonra yollayacağını vurğulayıb. Müsavat Partiyası Rauf Arifoğlunun bu açıqlamasına münasibət bildirib. Partiyanın başqan müavini, Divan üzvü Səxavət Soltanlı aznews.az-a deyib ki, partiyaya üzv olmaq və partiyadan getmək hər kəsin fərdi seçimidir: “Bu baxımdan partiya hər kəsin şəxsi fikrinə və düşüncəsinə hörmətlə yanaşır. Müsavat partiyası hansısa üzvünün istefa verəcəyini gözləməklə deyil, yeni üzvlərin cəlb olunması ilə məşğuldur. Biz əsas diqqətimizi buna yönəltmişik”. “Müsavat Partiyası “Yeni Müsavat”la iş birliyini davam etdirəcəkmi?” sualına isə S.Soltanlı belə cavab verib: “Partiyamız mətbuat siyasətini daha da yaxşılaşdırmağı düşünür. Müsavatın mövqeyini işıqlandıran, fikirlərini olduğu kimi dərc edən istənilən mətbuatla işləyəcəyik”. Qeyd edək ki, Rauf Arifoğlunun Müsavat partiyasından istefa verəcəyi haqda xəbər APA-da yayılıb. Geri dön |