Ana Sayfa > Xəbər > Murad "İnşaAllah" deyib hər kəsi başına topladı
Murad "İnşaAllah" deyib hər kəsi başına topladı8-07-2015, 10:37. Yazar: admin |
"Azərbaycanda da Kral TV, Ru TV səviyyəsində milli istehsal olan kliplər çəkilir". Bu fikirlər Murad Arifə məxsusdur. Aparıcı, şoumen Murad Arif ötən gün yeni "İnşaAllah" mahnısına çəkdirdiyi klipini sənət dostları və KİV nümayəndələrinə təqdim etdi. ANS PRESS-in məlumatına görə, onların arasında xalq artisti Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva, Abbas Bağırov, Məryam Süleymanova, eləcə də Xəyyam Nisanov, Elton Hüseynəliyeva, Elçin, Günay İbrahimli, Sevda Yəhyayeva və başqaları var. Söz və musiqisi Muradın özünə məxsus mahnıya Cəlal Kəngərli quruluş verib. Tədbirin aparıcılığını da öz boynuna götürən ifaçı klipə baxdıqdan sonra sənət dostlarının fikrini öyrənirdi. Klipi bəyəndiklərini yekdilliklə bildirən sənətçilər mahnı kimi ekran işinin dinamikliyi, pozitivliyi və yay fəsli ab-havasına uyğun olduğunu vurğuladılar. Yeni yaradıcı işi haqqında M. Arif özü də təəsüratlarını bölüşdü: "İnşaAllah" söz verdiyim kimi çox iddialı, rəngarəng, dinamik klipdir, mahnın coşqusunu tamamilə çatdırır. Elə rejissor da gənc və çox iddialıdır. Yerli rejissorlar bunun üçün xarici ölkələrə üz tutmurlar. " İnşaAllah" buna bir sübut oldu. Mən Cəlal Kəngərlini özüm üçün kəşf etdim. Bu klip vasitəsilə onu hər kəs kəşf etdi. Çəkilişlər dinamik və pozitiv bir ab-havada keçdi. Bütün yaradıcı heyəti, başda rejissor olmaqla, stilist-vizajisti Aynur Ağabəyova (Akina) və "Crazy Eyes" rəqs qrupuna təşəkkür edirəm. Bunu əminliklə əlavə edim ki, klip də mahnı kimi hit olacaq". Geri dön |