Ana Sayfa > Xəbər > MTN-də saxlanılan İŞİD üzvündən AÇIQLAMA
MTN-də saxlanılan İŞİD üzvündən AÇIQLAMA7-07-2015, 16:58. Yazar: admin |
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həm İstintaq təcridxanasında, həm də Müvəqqəti saxlama yerində monitorinq keçiriblər. Bu barədə Hafta.az-a açıqlama verən E. Behbudov orada İŞİD üzvü olan azərbaycanlı ilə də görüşdüyünü bildirib. E. Behbudov bildirib ki, İŞİD-ə qoşulan şəxs bu əməlinə görə çox peşman olduğunu söyləyib: “İŞİD-ə qoşulan Azər Eyyubov adlı şəxs, tutduğu əməldən çox peşman olduğunu söylədi. Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə həbs edilib. Türkiyədən Bakıya qayıdan zaman Hava limanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. O söylədi ki, məni dostlarım aldadıb Suriyaya apardılar. Orada üç ay təlim keçib. Bildirdi ki, sizin vasitənizlə bildirmək istəyirəm ki, bu əməlimə görə çox peşmanam. O həmçinin qeyd etdi ki, heç kim aldanıb ora getməsin. Orada namaz qılmayanlara ölüm cəzası verirlər. Bakıda verilən vədlərin heç birinə əməl etməyiblər. Azər söylədi ki, oradan canımı güclə qurtarıb qaçdım. Buradakı saxlanma şəraitindən isə narazılığı yox idi”. Elçin Behbudov bu gün həmçinin jurnalist Rauf Mirqədirov, hüquq müdafiəçisi Arif Yunusla da görüşüb. E.Behbudov, onların da saxlanma şəraitinin normal olduğunu söylədi. Geri dön |