Ana Sayfa > Xəbər > 114 top buraxdıqdan sonra FIFA-ya daxil olmaq istəyir
114 top buraxdıqdan sonra FIFA-ya daxil olmaq istəyir7-07-2015, 16:39. Yazar: admin |
Mikroneziya Federativ Ştatlarının futbol yığması FIFA-ya daxil olmaq üçün təşkilata müraciət edib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, Mikroneziya FIFA-ya daxil olaraq texniki yardım almağa və ölkə futbolunun inkişafına nail olmaq istəyir. Mikroneziya Sakit okean oyunlarında iştirak edərək 3 oyuna qapısından 114 top buraxıb. Milli Taitidən 30, Ficidən 38, Vanuatudan isə 46 top buraxıb. Mikroneziya əhalisinin sayı 106 mindir. Geri dön |