Ana Sayfa > Xəbər > İctimai Palatanın bərpası Milli Şuranı sıradan çıxaracaq - ŞƏRH

İctimai Palatanın bərpası Milli Şuranı sıradan çıxaracaq - ŞƏRH


7-07-2015, 14:55. Yazar: admin
İctimai Palatanın bərpası Milli Şuranı sıradan çıxaracaq - ŞƏRH
Milli Şuranın fəaliyyətinin zəiflədiyi zamanda, AMİP tərəfindən İctimai Palatanın yenidən bərpa olunması gündəmə gətirildi. Məsələyə AXP sədri Pənah Hüseyn də müsbət rəy verdi. Beləliklə də ictimaiyyətdə Milli Şuranın yaradılmasından sonra fəaliyyətinə xitam verilən qurumun yenidən bərpa edilməsi məsələsi müzakirə obyektinə çevrildi.

İctimai Palatanın fəaliyyəti dövründə bu qurumu ən çox tənqid edənlərdən biri olan Vəhdət Partiyasının sədri Tahir Kərimli Hafta.az-a açıqlamasında təkliflə bağlı aşağıdakıları söylədi:

“Doğrudan da hesab edirəm ki, İctimai Palatanın bərpa edilməsi təklifi, hardasa Milli Şuraya alternativin yaradılması məqsədi daşıyır. Bu təklif AMİP-dən gəlsə də, Müsavat Partiyası ilə yaxın olan AXP sədri Pənah Hüseyn də bu təklifə müsbət yanaşıb. Əslində İctimai Palata dörd il fəaliyyət göstərməsinə baxmayaraq, hərəkatsız birlik olmayıb. Onlar daha çox nəzəri məsələlərlə məşğul olublar. İctimai Palata dövründə Müsavatın öndərliyi ilə Düşüncə Mərkəzi adlanan qurum da yaradılmışdı. İctimai Palatanın yığışıb işinə son veriblər. İndi isə deyirlər ki, yox, bunu bərpa etmək lazımdır. Ancaq hesab edirəm ki, bütün bunlar müxalifəti xilas etməyəcək. Əksinə, onlar artıq sosial bazalarını itirdiklərinə görə, real gücə çevrilə bilməyəcəklər”.

KXCP sədrinin müavini Xəzər Teyyublu isə bildirib ki, bu barədə heç bir məlumatı yoxdur.

Geri dön