Ana Sayfa > Xəbər > Yaşadığımız dünya barədə kədərli STATİSTİKA

Yaşadığımız dünya barədə kədərli STATİSTİKA


7-07-2015, 13:16. Yazar: admin
Yaşadığımız dünya barədə kədərli STATİSTİKA
Pəncərədən baxın. Gözəl gündür, elə deyilmi? Yəqin ki, hazırda optimizmlə dolusunuz və günün necə ideal keçəcəyini təsəvvürünüzə gətirirsiniz.

Ümid edirik, sərt həyat həqiqətini kiçik dozada öyrənmək əhval-ruhiyyənizi korlamayacaq; sizə yaşadığımız dünya barədə, sözün əsl mənasında, kədərli statistikanı təqdim edirik:

1. Hər il orta hesabla 315 min qadın doğuş zamanı ölür, səbəb isə kifayət qədər qidalanmama və bu səbəbdən əsas qida maddələri çatışmazlığı ilə üzləşmədir.

2. Dünyada təxminən 210 milyon yetim uşaq var.

3. Onlardan təxminən 15%-i 18 yaşı tamam olana qədər intihar edir.

4. Yoxsulluq səbəbilə hər gün 22 min uşaq ölür.

5. Avropa İttifaqında ən adi inək gündə 2.20 dollar həcmində dövlət subsidiyası alır.

Bununla da o, dünya üzrə 1.2 milyard olduqca kasıb insandan çox pul qazanır.

6. Beynimiz 27 yaşa çatdığımız zaman dağılmağa başlayır.

7. ABŞ hərbçiləri il ərzində İraq və Əfqanıstanda havanın kondisiyalaşdırılmasına 20.2 milyard dollar sərf edirlər.

Bu, NASA-nın ümumi büdcəsindən çoxdur.

8. Həm varlı, həm də kasıb ölkələrdə bütün ərzaq məhsullarının təxminən 30-50%-i yeyilmədən çürüyür.

9. Dünya əhalisinin 80%-i sutka ərzində qazandığı 10 dollardan az məbləğə yaşayır.

10. Hər il 2 milyon uşaq vaxtında qarşısının alınması mümkün olan xəstəliklərdən (diareya və ya pnevmoniya kimi) ölür, çünki onlar kasıb olduqları üçün müalicə ala bilmirlər.

11. Bəşəriyyətin dörddəbiri elektrik enerjisiz yaşayır.

12. Dünyada 1.2 milyard insan lazımi su təchizatı olmayan yerlərdə yaşayır.

13. 1.6 milyard nəfər suya çıxışları olan yerdə yaşasa da, bu həyat mənbəyini əldə etməyə imkanı yoxdur.

14. Yük gəmiləri və kruiz laynerləri hər il okeana 6.35 milyard kiloqram tullantı atır.

15. Evsizlərin 34%-ni 24 yaşa qədər olan insanlar təşkil edir.

16. 5-15 yaşlarında olan 250 milyon uşaq məcburi əmək şəraitində işləyir.

17. Dünyada təxminən 300 min əsgər-uşaq var.

18. Dünya dövlətlərinin əksəriyyətinin edam cəzasını ləğv etməsinə baxmayaraq, 2006-cı ildə 1591 nəfər edam edilib. Bunun 91%-i ABŞ, Çin, Sudan, İran, Pakistan və İraqın payına düşür.

19. Hər gün 805 milyon nəfər aclıq çəkir. Bu insanların 98%-i zəif inkişaf etmiş ölkələrdə yaşayır ki, onların böyük əksəriyyətini uşaqlar təşkil edir.

20. Bu siyahı kədərləndirici statistik faktlardan ibarət olduğundan onu da deyək ki, bu an bütün dünyada 350 milyon nəfər depressiya ilə mübarizə aparır.

Geri dön