Ana Sayfa > Xəbər > İran Əsəddən əlini üzdü? – Dövlət rəsmisindən açıqlama

İran Əsəddən əlini üzdü? – Dövlət rəsmisindən açıqlama


7-07-2015, 12:05. Yazar: admin
İran Əsəddən əlini üzdü? – Dövlət rəsmisindən açıqlama
Suriya hökumətinə Rusiya ilə yanaşı dəstək verən ən böyük tərafdarlardan biri olan İran məsələylə bağlı mühüm açıqlama verib.

Avropa.info xəbər verir ki, rəsmi Tehran artıq dörd ildir davam edən müharibə müddətində həmişə Suriya rejiminin arxasında dayanıb.

İranın məsələylə bağlı verdiyi son açıqlama isə bu ölkənin mövqeyində dəyişiklik olduğunu irəli sürməyə əsas verir.

“CNN International”-a müsahibə verən İranın xarici işlər nazirinin Yaxın Şərqdən cavabdeh olan müavini Hüseyn Əmir Abdullahiyan Bəşər Əsədin Suriyada ömür boyu prezident olaraq qalması üçün israr etmədiklərini bildirib.

Terrorçulara və xarici qüvvələrə qarşı olduqlarını vurğulayan Abdullahiyan Suriya hökumətinin tələbi ilə hərbi məsləhətçilik etdiklərini bildirib.

O həmçinin İranın Suriyada ordusunun olmadığını və döyüşlərdə iştirak etmədiklərini iddia edib.

Xatırladaq ki, Livanda yerləşən Hizbullah təşkilatının üzvlərinin Əsəd tərəfindən vuruşmaq üçün Suriyada olduqları heç kimə gizli deyil.

Geri dön