Ana Sayfa > Xəbər > Qərb İrəvanı nəzarətə ala biləcəkmi? – Rəy
Qərb İrəvanı nəzarətə ala biləcəkmi? – Rəy7-07-2015, 12:02. Yazar: admin |
“Ermənistan böhranı onunla fərqlənir ki, burada konkret siyasi qüvvələrdən çox, xalq arasında nüfuz qazanmış hərəkatçılar mühüm rol oynayır”. Bu barədə Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə danışıb. O, müxalifətin etirazlara qoşula biləcəyini istisna etməyib: “Müxalifətin etirazlara qoşulmaq meyli artıb. Düzdür, hərəkat sıralarında siyasi qüvvələr aparıcı rol oynamasa da, məsələ siyasi böhran müstəvisinə yaxınlaşır. Ermənistanda müxalifətin hakimiyyətə gəlməsi fonunda bunun ölkənin xarici siyasət vektorunun dəyişməsinə gətirib çıxara biləcəyini müxalifət liderləri hər zaman təkzib ediblər. Keçən ilin oktyabrında kütləvi mitinq zamanı Levon Ter Petrosyan və Raffi Ovanisyan açıq şəkildə Rusiyaya qarşı çıxış etmədiklərini bildiriblər. Siyasi qüvvələr çox yaxşı başa düşür ki, Moskvadan İrəvana olan dəstəyi heç kim və heç nə əvəz edə bilməz. Hazırda yaşanan proseslərdə Avropaya meyliliklə bağlı məqamlar sadəcə siyasi ritorikalardır. Proseslərdə hələ ki, praqmatik addımlar atılmır, konkret təkliflər səsləndirilmir, siyasi platforma yox səviyyəsindədir, ən maraqlısı isə siyasi qüvvələr iştirak etmir. Bu o anlama gəlir ki, Ermənistan heç vaxt Qərbə tərəf getməyəcək. Çünki Ermənistanda Rusiya amili o qədər böyükdür ki, hətta dövlət idarəçiliyi prinsiplərinin əsasında da məhz bu amil dayanır. Bu da mövcud hakimiyyətin və bundan öncəki Qarabağ klanının həyata keçirdiyi siyasətin nəticəsidir. Bunu hansısa bir maydanla dəyişmək mümkün olmayacaq. Ermənistanın ciddi siyasi dairələri bunun fərqindədirlər. Siyasi ritorikaya da bilərəkdən yol verilir. Bu da özlüyündə kütlənin emosiyaları ilə oynamaq məqsədi daşıyır”. Geri dön |