Ana Sayfa > Xəbər > Maşın sənədləşdirilməsinin qanuni qiyməti
Maşın sənədləşdirilməsinin qanuni qiyməti18-03-2015, 15:39. Yazar: admin |
Rayon qeydiyatında olan şəxs Bakı nömrəsi ilə maşın ala bilər. Bu barədə fins.az-ın oxucularından biri redaksiyaya avtomobilin qeydiyyatı ilə bağlı məktub göndərib. Məktubda soruşulur: “Bakı qeydiyyatında olan maşını dövlət qeydiyyat nömrəsi dəyişilmədən Tovuz rayonunda qeydiyyatda olan vətəndaşın adına keçirmək olarmı? Ümumiyyətlə, maşının başqa şəxsin adına qeydiyata alınması üçün Dövlət Yol Polisində (DYP) rəsmi rüsum nə qədərdir? Bunun üçün hansı sənədlər tələb olunur? Qeydiyyatını dəyişmək istədiyimiz 1996-cı il istehsalı olan “Mersedes E-230” markalı maşındır. Payızda icbari sığorta edilib və texniki baxışdan keçirilib, hazırda Bakı şəhərində sürülür”. Oxucumuzun sualına ilk növbədə qanunvericilik əsasında aydınlıq gətirdik. “Yol hərəkəti haqqında” Qanunun 29-ci madəsinin III bəndində deyilir: Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə digər dövlət qeydiyyat nişanı verilir. Maşının qeydiyyatlını dəyişmək cəmi 59 manatdır Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bir yerdə qeydiyyatda olan maşının başqa yerdə qeydiyyatda olan şəxsin adına keçirilməsi məsələsi heç bir əlavə prosdur olmadan həll oluna bilər. Buna elə həmin qanunun 29-cu maddənin 3-cü hissəsi imkan verir. Lakin bəzən yol polisində müxtəlif bəhanələr gətirilərək bu məsələ ilə bağlı süründürməçiliyə yol verilir. Məktubda qeyd olunan avtomobil üçün icbari sığorta haqqı 100 manat, texniki baxış rüsumu 20 manat, alq-satqını rəsmiləşdirmə xərci isə 59 manatdır. Əgər maşının sığorta və texniki baxışı varsa, onda cəmi 59 manata qeydiyyatını dəyişə bilər, yəni, başqa adamın adına keçirilə bilər. Bu məbləğ nəqliyyat vasitəsinin texniki müayinəsinin və müvafiq arayışın tərtib edilməsinin rüsumundan (20 manat), dövlət qeydiyyat şəhadətnaməsi verilməsi rüsumundan (17 manat) və dövlət qeydiyyat nişanının verilməsi (yaxud avtomobilin üzərindəki nişanın yeni adamın adına rəsmiləşdirilməsi) rüsumundan (22 manat) ibarətdir. Qanunun 32-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini özgəninkiləşdirmək istəyən şəx, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün DYP-nin qeydiyyat-imtahan məntəqəsinə təqdim etməlidir. Burada DYP əməkdaşları nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır. Daha sonra yoxlamanın nəticəsi barədə müvafiq arayış tərtib edirlər və bundan sonra alqı-satqı proseduru həyata keçirilir. Hansı sənədlər tələb olunur? Mütəxəssis deyir ki, artıq ölkəmizdə dövlət qeydiyyatına alınmış olan avtomobilin alqı-satqısı, yəni yeni adamın adına keçirilməsi üçün alan və satan şəxslərin şəxsiyyət vəsiqələri, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (əgər satan şəxs onun sahibi deyilsə, həm də bu şəxsin adına verilmiş və sərəncam hüququnu da ehtiva edən etibarnamə), nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortasının olmasına dair şəhadətnamə (yəni icbari sığorta şəhadətnaməsi), habelə qeyd olunan dövlət rüsumlarının ödənilməsinə dair ödəniş sənədləri DYP-nin qeydiyyat imtahan məntəqəsinə təqdim edilməlidir. Məntəqənin əməkdaşı DYP-nin məlumat bazasına əsasən həmin avtomobillin girovluqda, həbsdə olub-olmamasını yoxlayır. Hər hansı maneə yoxdursa, həmin məntəqədə ərizə forması doldurulur, daha sonra isə alqı-satqı müqaviləsi tərtib olunaraq təsdiqlənir. Yekunda nəqliyyat vasitəsinin yeni sahibinin adına tərtib olunmuş qeydiyyat şəhadətnaməsi hazırlanaraq onun yeni sahibinə təqdim edilir. Bu zaman tərəflərin razılığından asılı olaraq dövlət qeydiyyat nişanı dəyişdirilmirsə, avtomobilin üstündəki nişan saxlanılır. Hansı hallarda maşının qeydiyyatını dəyişdirmək olmur? Avtomobil üzərində həbs olduqda, yaxud bu avtomobil girov qoyulmuş olduqda isə alqı-satqı (başqa adamın adına keçirmə) mümkün deyil. Bunun üçün avtomobil əvvəlcə qanuna uyğun qaydada həbsdən (və ya girovdan) azad edilməlidir. “Yol hərəkəti haqqında” Qanunda birbaşa göstərilməsə də, son vaxtlar avtomobilin alqı-satqısı zamanı həmin avtomobilin idarə edilməsi ilə bağlı törədilmiş qayda pozuntularına görə ödənilməmiş cərimələrin olub-olmadığı da yoxlanılır. Əgər belə cərimə varsa, onun ödənilməsi tələb olunur və yalnız bundan sonra alqı-satqı rəsmiləşdirilir. Düzdür, ödənilməmiş cərimənin olması avtomobilin başqa adamın adına keçirilməsinə mane olan səbəblər sırasında göstərilmir, lakin alqı-satqı zamanı bu, tərəflərə (alana və satana) bildirilməli və cərimə ödətdirilməlidir ki, gələcəkdə tərəflər arasında mübahisə yaranmasın. Yuxarıda göstərilən bütün sənədlər qaydasında olduqda və avtomobilin addan-ada keçirilməsinə hər hansı mane olmadıqda bu prosedur DYP-nin qeydiyyat-imtahan məntəqəsində cəmi 30 dəqiqə ərzində başa çatdırılmalıdır. Qeydiyyatın dəyişməsi zamanı texniki baxış tələb edilə bilərmi? Ekspert deyir ki, əgər alınıb-satılan maşın texniki baxışdan ötən il keçirilibsə və bu il texniki baxışdan keçməlidirsə, sənədləşdirmə zamanı texniki baxış tələb oluna bilər. Amma maşın sürməyə yararsız olsa belə, onun alqı-satqısı mümkündür. Yəni, kimsə maşını alıb saxlaya, tədricən isə problemlərini həll edərək onu texniki baxışdan keçirməklə sürə bilər. Bununla belə mütəxəssis deyir ki, maşın alınıb-satılarkən texniki müayinədən də keçirilməlidir. Bu isə sadəcə nömrələri tutuşdurmaq üçündür”. Bəzi sürücülər deyir ki, maşının alqı-satqısı zamanı onlardan rəsmi rüsumdan 2-3 dəfə artıq pul tələb olunur. Həmin pulu verməyəndə isə maşının texniki baxışı zamanı nasazlıq “tapılır” və alqı-satqını rəsmiləşdirməkdən imtina edilir. Amma yuxarıda deyildi kimi, maşının hər hansı probleminin olması onu başqasına satmağa mane ola bilməz. Geri dön |