Ana Sayfa > Xəbər > ŞOK: Bakıda ana qatili özünü məhkəmə zalında doğradı

ŞOK: Bakıda ana qatili özünü məhkəmə zalında doğradı


18-03-2015, 15:14. Yazar: admin
ŞOK: Bakıda ana qatili özünü məhkəmə zalında doğradı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Əzimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs gizlətdiyi ülgüclə bədənini doğramağa cəhd edib. Penitensiar xidmətinin və məhkəmənin icra şöbəsinin əməkdaşlarının məsələyə yerində müdaxiləsindən sonra E. Əzimovun istəyi tam reallaşmayıb. O, zərərsizləşdirilib. Məhkəmə fasilə elan edib.

Qeyd edək ki, qətl ötən il Sabunçu rayonu Bakıxanov qəsəbəsi, E. Xəlilov küçəsi, 1 ünvanında baş verib. Orada yaşayan, 22 yaşlı Elvin Emin oğlu Əzimov anası, 1968-ci il təvəllüdlü Esmira Talış qızı Əzimovanı qətlə yetirib.

Elvin Əzimov qətli törətdikdən sonra binanın pəncərəsindən tullanaraq qaçmaq istəyib. Bu zaman onun hər iki ayağı sınıb.

Geri dön