Ana Sayfa > Xəbər > “Dünən bizə papaq atan olmadı” – Fazil MUSTAFA
“Dünən bizə papaq atan olmadı” – Fazil MUSTAFA18-03-2015, 14:56. Yazar: admin |
“Bəlkə də papaq atanlar olub, amma mənim xəbərim yoxdur”. Bunu Hafta.az-a açıqlamasında İlaxır çərşənbəsində papaq atmaya münasibət bildirərkən millət vəkili Fazil Mustafa deyib. Millət vəkili çərşənbələrdə bina evlərinə papaq atanların sayının olduqca az olduğunu vurğulayıb: “Biz bina evində yaşayırıq. Belə yaşayış binalarında bu cür adətlər geniş yayılmır. Papaqatmalar adətən həyət evlərində, məhəllə arealında olur. Yəqin ona görə də, dünənki ilaxır çərşənbədə heç kəs bizə papaq atmayıb. Açığı dünən axşam evə gec gəlmişəm. Həmin vaxt evdə deyildim deyə bilmirəm. Ailəliklə gəzintiyə çıxmışdıq. Bəlkə də papaq atanlar olub. Amma mənim xəbərim yoxdur. Görməmişik. Həyət evində olanda tez-tez atırdılar. Həmin vaxt da işimizi ona görə qururuq. Almadan, fındıqdan, meyvədən, evdə olanlardan uşaqlara ərmağan edirik. İnsan xoş niyyətlə, ehtiyacı varsa, adət üzrə edirsə buna uyğun olaraq evdə olanlardan ənənəyə uyğun davranmaq lazımdır”. Fazil Mustafa Novruzun milli ritual kimi ekzotik olaraq bunu yaşamağın ziyanı olmadığını deyib: “Novruza münasibətimdə nə mənfi nə də müsbət bir xüsusi yanaşma yoxdur. İslamla bağlı bir adət deyil. Amma millidir, xalqın adətidir. Əgər Novruzda küsülülər barışırsa bu da islam kimi bir şeydir. Dinimizə də yaxındır. Sənə demirlər ki, oda sitayiş elə, oda yönəl. Ekzotik olaraq bunu yaşamağın ziyanı yoxdur”. Xatırladaq ki, Milli Məclisin 17 mart iclasında Fazil Mustafa Novruzun papaqatma ənənəsi ilə bağlı maraqlı fikir söyləyib. O, bəzi məmurları nəzərdə tutaraq “papağa nəsə qoyulacaq evlərin darvazaları, hasarları yüksək olduğu üçün onlara papaq atmaq olmur” - deyə bildirib. Geri dön |