Ana Sayfa > Xəbər > “O videoda heç kimi döyməyiblər”- Oğlanların anası
“O videoda heç kimi döyməyiblər”- Oğlanların anası18-03-2015, 14:34. Yazar: admin |
Rektorun qızını döyməkdə ittiham olunan Zaur və Elin qardaşlarının anası Gülnarə Məmmədova məhkəmədən sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, qardaşların anası məhkəmənin oğlu Zaurla bağlı çıxardığı iki aylıq həbs qətimkan tədbirini ağır hesab edib: “Zərərçəklən olmadığı halda mənə belə bir qərar çox ciddi gəldi. Məhkəmənin ədalətinə ümid edirəm. Prosesdə şəxsən iştirak etməmişəm, məhkəmə bağlı qapılar arxasında keçirilib”. Məmmədovların anası Hamlet İsaxanlının döyülən qızın Ülkər deyil, onun rəfiqəsi Katya olmasına da münasibət bildirib: “Orda ümumiyyətlə heç kimi döyməyiblər. Əgər siz qanunsuz, naməlum şəkildə mətbuata düşən o videoya baxsanız görərsiniz ki, heç kim döyülmür. Orada sadəcə aparmaq istəmədikləri qızı maşından düşürməyə çalışırlar. Mən videodakı cavanın kim olduğunu bilmirəm. Həmin videoya baxmamışdım. Ümumiyyətlə, hesab edirəm ki, başqalarının şəxsi həyatını izləmək qanunsuzdur. Lakin oğlanlarımın istintaqı ilə əlaqəli olduğunu bildikdən sonra ona baxdım və heç kimi tanımadım. Mənim heç bir davadan xəbərim yoxdur. Indiyə qədər də bilmirəm ki, onları nədə ittiham edirlər”. Sonda Gülnarə Məmmədova jurnalistlərə irad tutub və onları oğlanları barədə yanlış obraz yaratmaqda ittiham edib. Geri dön |