Ana Sayfa > Xəbər > MOSSAD-ın Türkiyə ilə bağlı planları

MOSSAD-ın Türkiyə ilə bağlı planları


2-07-2015, 14:46. Yazar: admin
MOSSAD-ın Türkiyə ilə bağlı planları
Türkiyə mediası yenidən SOS təbili çaldı. Bunun səbibi isə ölkənin kəşfiyyatının ortaya çıxardığı məlumatdır. Məlumata görə, İsrailin kəşfiyyat qrumu olan MOSSAD tərəfindən hazırlanan 3 min agentin Suriyanın Türkiyə ilə sərhədinə yerləşdirilib. Məqsəd isə deyilənə görə, Kürdüstan dövlətini yaratmaqdır.

Məsələ ilə bağlı Hafta.az-a politoloq Arzu Nağıyev danışıb. O yayılan məlumatları aşağıdakı kimi dəyərləndirib:

“Böyük Orta Şərq” planı üzrə əsas istiqamətlərdən biri həqiqətən Kürdüstan dövlətinin yaradılmasıdır. Son zamanlar Türkiyədə Xalq Demokratlar Partiyası seçkilərdə səs çoxluğu qazandıqdan sonra, sözügedən ölkənin müəyyən hissələrində də onların təsiretmə imkanları artdı. Nəticədə bu məsələ yenidən gündəmə gətirildi. Kəşfiyyat orqanlarının yandıqları bu məlumatlar, o demək deyil ki, proses dövlətin yaradılmasına doğru gedir. Ümumiyyətlə, bu söhbətlərin hamısı, yuxarıda da qeyd etdiyim kimi “Böyük Orta Şərq” planının istiqamətidir. Ağ Partiyanın nümayəndəsi dünən Türkiyədə Böyük Millət Məclisinin rəhbəri seçildikdən sonra, bu məsələ daha da qabardılacaqdır”.

A.Nağıyev prosesdə Amerikanın rolundan da danışıb:

“Bunu Türkiyəyə Amerikanın təzyiqi kimi qiymətləndirmirəm. Məlumdur ki, Amerikanın şərq və qərb arasında ən böyük forpostu bu dəqiqə Türkiyədir. Eyni zamanda İncirlik kimi NATO-nun böyük bir bazası Türkiyədə yerləşir. Bu baxımdan orada nəyəsə nail olmaq üçün belə bir söhbətin ortaya atılmasının əhəmiyyəti yoxdur. Lakin eyni zamanda danışdığımız məsələ, Türkiyəyə daim təsir edəcək amillərdəndir. Göstərilir ki, belə bir zəifiniz var”.

Geri dön