Ana Sayfa > Xəbər > Əfv sərəncamı kimlərə şamil ediləcək? – İŞÇİ QRUP

Əfv sərəncamı kimlərə şamil ediləcək? – İŞÇİ QRUP


18-03-2015, 13:25. Yazar: admin
Əfv sərəncamı kimlərə şamil ediləcək? – İŞÇİ QRUP
Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanıb–imzalanmayacağı medianın əsas mövzularından birinə çevrilib. İşçi qrup üzvləri isə Novruz bayramı öncəsi əfv sərəncamını gözlədiklərini deyiblər.

Qurumun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı Hafta.az–a açıqlamasında sənədlərin artıq təqdim edildiyini deyib:

“İşçi Qrupunun hələlik iclası olmayıb. Amma Novruz bayramı öncəsi İşçi Qrup olaraq əfv fərmanını gözləyirik. Kimlərin dəqiq buraxılıb–buraxılmamasını Əfv komissiyası bilir. Bizim öhdəmizə düşən vəzifələri biz etmişik. Sənədlər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Siyahını komissiya hazırlayıb, prezidentə təqdim edəcək”.

Millət vəkili, Prezident yanında Əfv komissiyasının keçmiş üzvü Çingiz Qənizadə isə “Novruz əfvi”ndə konkret olaraq kimlərin buraxılacağı məsələsinə aydınlıq gətirib:

“Bu haqda heç nə deyə bilmərəm. Çünki mən də İşçi Qrupunun adi bir üzvüyəm. Amma Əfv komissiyasından verilən məlumata görə, siyahı hazırlanıb. Artıq prezidentə də təqdim edilib. Son söz cənab prezidentindir. Konkret olaraq neçə nəfərin əfv olunacağını bilmirəm”.

Geri dön