Ana Sayfa > Xəbər > “Speys” Əliyevlərin verilişini bağladı

“Speys” Əliyevlərin verilişini bağladı


1-07-2015, 16:52. Yazar: admin
“Speys” Əliyevlərin verilişini bağladı
“Biz iyul ayının 17-si “Günaydın” verilişi ilə vidalaşacağıq”.

Bu sözləri “Speys” TV-nin rəhbəri Vaqif Mustafayevin köməkçisi Nahid bəy həmin kanalda yayımlanan “Günaydın” verilişində yaşanmış məlum qalmaqalla bağlı Axar.az-a danışarkən deyib:

“Məndə rəsmi məlumat yoxdur, amma eşitdiklərimdən deyə bilərəm ki, ayın 17-si biz “Günaydın” verilişi ilə vidalaşacağıq”. Xatırladaq ki, “Speys” telekanalında yayımlanan “Günaydın” verilişində ifaçı Mətanət Əsədova ilə Əziz Musaoğlu arasında xoşagəlməz hallar yaşanıb. Belə ki, tərəflər efirdə bir-birinə qarşı biabırçı səviyyədə olan qeyri-etik sözlər işlədib. MTRŞ bu məsələ ilə bağlı sərt addım atılacağı haqda mediaya açıqlama verib.

Geri dön